Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində “Tədqiqat universiteti: nələri bilmirik?” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı açan UNEC-in rektoru, professor Ədalət Muradov dövlətimizin başçısının Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncamına əsasən martın 27-nin Elm Günü elan olunmasının əhəmiyyətindən danışıb. O bildirib ki, bu Sərəncamı və UNEC-in tədqiqat universitetinə transformasiya hədəfini əsas tutaraq fevralın 27-dən martın 27-dək Azərbaycan Dövlət İqtisad Universitetində “Elm aylığı”nın keçirilməsi ilə bağlı əmr imzalanıb. Aylıq çərçivəsində UNEC-də “Yeni elm sahələri – ekonofizika”, “Elm haqqında elm”, “İqtisadiyyat üzrə Nobel laureatları”, “Elmi fəaliyyətin institusional sistemi: müasir vəziyyət və perspektivlər”, “Qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrini və vergi yükünün qiymətləndirilməsi”, “Azərbaycanda rəqəmsal iqtisadiyyat və inkişaf perspektivləri”, “İslam maliyyəsi: müasir trendlər və inkişaf perspektivləri”, “Tələbələrin elmi fəaliyyətə cəlb olunması: problemlər və perspektivlər”, “Azərbaycan iqtisadiyyatı koqnitiv tədqiqatlar kontekstində” kimi maraqlı mövzulara həsr olunan tədbirlər keçiriləcək.
Ə.Muradov konfransın adının təsadüfi seçilmədiyini, UNEC-də 22 tədqiqat mərkəzinin yaradıldığını qeyd edib.
Bildirilib ki, həyata keçirilən stimullaşdırıcı tədbirlər çərçivəsində UNEC-in professor-müəllim heyətinin “Web of Science” bazasına daxil edilən elmi əsərlərinin sayında da ciddi artım qeydə alınıb. UNEC-in 1991-2018-ci illərdə “Web of Science” bazasına daxil edilən elmi əsərlərinin (77 əsər) təxminən 56 faizi (43 əsər) son 3 ilin payına düşür. Beynəlxalq səviyyəli universitet olmaq istiqamətində məqsədyönlü addımlar atan UNEC dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı “Thomson Reuters”) şirkətinin mükafatına layiq görülüb. UNEC-in müəllimləri nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artmasına və dünya elm məkanına uğurla inteqrasiyasına görə “Clarivate Analytics” şirkətinin “Web of Science Awards-2018” və “Most progressive universities in Web of Science for the last 3 years” mükafatlarını qazanıb. “Clarivate Analytics” şirkəti ilə əməkdaşlıq çərçivəsində birgə beynəlxalq konfrans və təlimlər keçirilib. MDB məkanı ölkələrində ilk dəfə UNEC-də elmmetriya haqqında biliklərin sistemləşdirildiyi “Elmmetriya üzrə vəsait: elm və texnologiyaların inkişaf indikatorları” kitabı tərcümə edilərək çap olunub. Bu istiqamətdə görülən işləri daha da aktivləşdirmək məqsədilə UNEC-də beynəlxalq beyin mərkəzinin yaradılması nəzərdə tutulub. Pedaqoji fəaliyyətlə yanaşı, elmi tədqiqatlarla məşğul olan alimlərin ancaq müəllim olaraq fəaliyyət göstərən əməkdaşlardan fərqləndirilməsinin zəruriliyini vurğulayan rektor impakt faktorlu elmi nəşrlərdə məqalə dərc etdirən UNEC araşdırmaçılarının mükafatlandırıldığını bildirib.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini sədri, akademik Ziyad Səmədzadə UNEC-in qısa vaxtda böyük uğurlar əldə etdiyini vurğulayıb. O nəzərə çatdırıb ki, heç bir dövlət iqtisad elmi olmadan inkişaf edə bilməz. UNEC-in hədəfləri miqyasına, əhatə dairəsinə və gələcək nəticələrinə görə Azərbaycan iqtisadiyyatı və iqtisad elmi üçün çox vacibdir.
Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova qlobal elmdə mövcud meyillərin Azərbaycana da təsir etdiyini diqqətə çatdırıb. Akademik dövlətimizin yüksək iqtisadi inkişafına nail olunması üçün indiyə qədər keçilmiş tarixi yola nəzər salmağın gələcək inkişafımızın hədəflərini düzgün müəyyən edilməsində zəruri olduğunu bildirib.
UNEC-in elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov “Universitetlərin elmi fəaliyyətində yeni trendlər: beynəlxalq təcrübə və UNEC reallığı” mövzusunda məruzə ilə çıxış edib. O, universitetin elmi nailiyyətlərindən və gələcəkdə elmi fəaliyyətin uğurlu təşkili üçün atılan addımlardan danışıb. Alim son illər həyata keçirilən tədbirlərin Azərbaycan Dövlət İqtisad Universitetinin nüfuzunun artmasına ciddi təsir etdiyini, UNEC professorlarının dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən universitetlərə vizitor alim kimi dəvət edildiyini, II ixtisas qrupu üzrə qəbul imtahanlarında Prezident təqaüdünə layiq görülmüş tələbələrin 74 faizinin ali təhsil üçün UNEC-i seçdiyini bildirib.
UNEC-in Mətbuat Xidməti