ADNSU-da təhsilin inkişafı istiqamətində səmərəli layihələr reallaşdırılır

ADNSU-da təhsilin inkişafı istiqamətində səmərəli layihələr reallaşdırılır Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təhsil müəssisəsinin həyatında fəal iştirak edən tələbələrlə görüşüb.
Görüşdə rektor 2018-ci ildə təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələrdən, qazanılan nailiyyətlərdən danışıb. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının fəaliyyətini yüksək dəyərləndirən professor Mustafa Babanlı “Gənclik” mahnı və rəqs ansamblına, “Azneft” ŞHK komandasına, İslam Həmrəyliyi İdman Federasiyasının V ağır atletika çempionatının gümüş mükafatçısı Əliş Nəzərov və digər tələbələrə cari ildə ADNSU-nu uğurla təmsil etdiklərinə görə təşəkkürünü bildirib.
ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Tələbə Gənclər Təşkilatının sədri Müqəddəs Əzizzadə tələbələrə təhsildə yeni nailiyyətlər arzulayıblar.

ADNSU-nun Mətbuat Xidməti


ADNSU-da təhsilin inkişafı istiqamətində səmərəli layihələr reallaşdırılır


Oxşar xəbərlər