Görkəmli alim, iqtisad elmləri doktoru, Əməkdar elm xadimi, akademik Asəf Abbasqulu oğlu Nadirovun anadan olmasının 90 illiyi tamam olur.
Asəf Abbasqulu oğlu Nadirov 1929-cu il martın 13-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.
O, 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsində iqtisadi coğrafiya ixtisasını bitirib. 1956-cı ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1970-ci ildə ona professor elmi adı verilib. Asəf Nadirov 1980-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilib.
Alim Azərbaycan SSR Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda şöbə müdiri (1958-1964), elmi işlər üzrə direktor müavini (1964-1981), AMEA Rəyasət Heyətinin baş elmi katibi və akademik-katibi (1981-1997) vəzifələrində çalışıb. Eyni zamanda, Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olan Asəf Nadirov yüksəkixtisaslı kadrların hazırlanması üçün bilik və bacarığını əsirgəməyib. O, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komitəsinin Rəyasət Heyətinin üzvü olub.
Akademik Asəf Nadirov bütün fəaliyyətini elmə, təhsilə həsr edib. Azərbaycanda iqtisad elminin inkişafında onun səmərəli xidmətləri olub. Ölkədə regional iqtisadiyyatın tədqiqi və elmi istiqamət kimi əsaslarının müəyyən edilməsi Asəf Nadirovun adı ilə bağlıdır.
Alim 500-dən çox elmi əsərin, dəyərli monoqrafiya, dərslik və elmi məqalələrin müəllifidir. Əsərləri Türkiyə, Rusiya, Almaniya, Fransa və digər ölkələrdə nəşr olunub.
Asəf Nadirov müxtəlif ölkələrdə keçirilən beynəlxalq konqres və simpoziumlarda məruzələr edib. Onun rəhbərliyi ilə 50-dən çox doktorluq və namizədlik dissertasiyası müdafiə edilib. Akademik Asəf Nadirovun elm və təhsilimizin inkişafındakı xidmətləri layiqincə qiymətləndirilib. O, müxtəlif orden və medallarla, o cümlədən “Şöhrət” ordeni ilə təltif olunub.
Akademik Asəf Nadirov 2014-cü ildə vəfat edib. Görkəmli alimin xatirəsi ürəklərdə daim yaşayacaq.
Tehsil-press.az