Xızıda Cəfər Cabbarlının abidəsi önündə tədbir keçirilib

Xızıda Cəfər Cabbarlının abidəsi önündə tədbir keçirilib Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Xızı rayon mədəniyyət müəsssiələrinin kollektivlərinin iştirakı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının abidəsi önündə tədbir keçirilib.
Cəfər Cabbarlının anadan olmasının 120 illik yubleyinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına uyğun olaraq təşkil olunan tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsələtçisi Mönsüm Bağırov, Mikayıl Müşfiq muzeyinin direktoru Orxan Əzimov, Xızı rayon Təhsil Şöbəsinin əməkdaşı Vahib Ələkbərov və digərləri çıxış edib, ədibin həyatı və yaradıcılığından, keçiriləcək tədbirlərdən söhbət açıblar.
Sonra tədbir Cəfər Cabbarlının ev muzeyində davam edib.
Şagirdlərin ifasında ədibin şeirləri dinlənilib, “C.Cabbarlı ədəbiyyatda və teatrda” adlı video- rolik nümayiş etdirilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Xızıda Cəfər Cabbarlının abidəsi önündə tədbir keçirilibXızıda Cəfər Cabbarlının abidəsi önündə tədbir keçirilibXızıda Cəfər Cabbarlının abidəsi önündə tədbir keçirilibXızıda Cəfər Cabbarlının abidəsi önündə tədbir keçirilibXızıda Cəfər Cabbarlının abidəsi önündə tədbir keçirilib

Oxşar xəbərlər