Ali məktəblərə qəbul olunmaq üçün 5 mindən çox abituriyent ərizəsini təsdiqləyib

Ali məktəblərə qəbul olunmaq üçün 5 mindən çox abituriyent ərizəsini təsdiqləyib Ali təhsilin bakalavr səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu davam edir.
Martın 16-sı saat 16:10-a olan məlumata görə, I-IV ixtisas qrupları üzrə 3250 nəfər (Azərbaycan bölməsi-2769, rus bölməsi-481) ərizəsini təsdiqləyib.
V qrup üzrə ümumilikdə 1763 nəfər ərizəsini təsdiq edib. Tam orta ixtisas təhsili bazasından kolleclərə qəbul olunmaq üçün müraciət edənlərin ümumi sayı isə 2009 nəfərdir.
Martın 15-dən başlanan sənəd qəbulu aprelin 15-dək davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər