Sumqayıtın Şəhər Mədəniyyət Evində “Narbala” kukla teatrı “Tıq-tıq xanım” tamaşası ilə uşaqların görüşünə gəlib

Sumqayıtın Şəhər Mədəniyyət Evində “Narbala” kukla teatrı “Tıq-tıq xanım” tamaşası ilə uşaqların görüşünə gəlib Sumqayıt Reginoal Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt Şəhər Mədəniyyət Evində fəaliyyət göstərən “Narbala” kukla teatrı (bədii rəhbər Mətanət Əmrullayeva) “Tıq-tıq xanım” tamaşası ilə uşaqların görüşünə gəlib.
Tamaşa milli uşaq dramaturgiyasının əsasını qoyan Abdulla Şaiqin eyni adlı nağılı əsasında səhnələşdirilib.
Uşaqların mənəvi-estetik zövqünün formalaşması, asudə vaxtının səmərəli və mənalı təşkili məqsədilə nümayiş olunan tamaşa balacalar tərəfindən maraqla qarşılanıb.
Dostluqdan, xeyirxahlıqdan bəhs edilən tamaşada uşaqlar nağıl qəhrəmanı olan Tıq-tıq xanımın başına gələn macəralarn şahidi olublar.
Tamaşa uşaqlarda xoş ovqat yaradıb, nağıl qəhrəmanları ilə birgə mahnılar oxuyub.ş maraqlı, əyləncəli vaxt keçiriblər.

Sumqayıt Reginoal Mədəniyyət idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər