
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev koreyaşünaslıq ixtisasında təhsil alan və Koreyanın ölkəmizdəki səfirliyində təcrübə keçən tələbələrlə görüşüb.
Cay süfrəsi arxasında tələbələrlə fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib və onlara təlim proqramı haqqında məlumat verilib. Bildirilib ki, təlim proqramı tələbələrlə müzakirə şəklində təşkil edilib və müxtəlif sahələr üzrə aidiyyəti diplomatlar tərəfindən aparılıb. Təlimdə Koreya-Azərbaycan diplomatik, siyasi və iqtisadi əlaqələri, Koreya mədəniyyəti, bu ölkədəki təhsil və təlim proqramları haqqında müzakirələr keçirilib.
Rektor Elçin Babayev tələbələrin təcrübə müddətində fəaliyyətlərini yüksək qiymətləndirib, onların fikirlərini Koreya dilində sərbəst ifadə etmələrindən məmnun qaldığını söyləyib.
Koreya səfirliyinin müşaviri Yim Jean Hyeok tələbələrin bilik və bacarıqlarından razı qaldığını vurğulayıb.
Sonra tələbələrə Koreya səfirliyinin sertifikatları təqdim edilib.
Qeyd edək ki, 10 günlük təlim proqramı Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Proqrama Koreyanın ölkəmizdə fəaliyyət göstərən “Unico Logistics Baku”, “Hansol EME Co., Ltd”, “Heerim Architects & Planners Co. Ltd” və “Samsung Electronics Co. Ltd” şirkətləri də qoşulub.
BDU-nun Mtbuat Xidmti