Yeni Zelandiyada teraktların bütün qurbanlarının kimliyi müəyyən edilib

Yeni Zelandiyada teraktların bütün qurbanlarının kimliyi müəyyən edilib Yeni Zelandiyada martın 15-i baş verən terror aktlarında həlak olan 50 nəfərin hamısının kimliyi müəyyən edilib.
Bu barədə Yeni Zelandiya polisinin rəhbəri Mayk Buş bildirib.
M.Buş bildirib: "Terror aktlarının bütün 50 qrubanının kimliyi müəyyən edilib və onların bütün yaxın qohumları məlumatlandırılıb".
Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məsciddə insanlar atəşə tutulub. Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Tehsil-press.az



Oxşar xəbərlər