Aprel qələbəsi ən yeni tariximizin gələcək nəsillər üçün örnək olan hadisələrindəndir

Aprel qələbəsi ən yeni tariximizin gələcək nəsillər üçün örnək olan hadisələrindəndir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Aprel zəfəri” adlı tədbir keçirilib.
Aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunan tədbirdə elm və yaradıcılıq işləri üzrə prorektor, professor Məryəm Əlizadə şanlı qələbənin Azərbaycan ordusunun peşəkarlıq və vətənpərvərlik ruhunu nümayiş etdirdiyini söyləyib.
Aprel döyüşlərində ordumuzun qəhrəmanlığını, fədakarlığını və qələbə əzmini xüsusi qeyd edən Məryəm Əlizadə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən və bu yolda əlil olan igid və vətənpərvər oğullardan da söz açıb.
ADMİU rektorunun humanitar məsələlərlə iş üzrə müşaviri, professor Aqşin Babayev Aprel döyüşlərinin hər anını lentə alan operatorların fəaliyyətindən, onların çəkdiyi kadrlardan danışıb.
Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Gülşən Kəngərli bildirib ki, Aprel qələbəsi ən yeni tariximizin gələcək nəsillər üçün örnək olan hadisələrindəndir.
Daha sonra Aprel şəhidlərinin xatirəsinə həsr olunan “Aprel zəfəri” adlı qısametrajlı film nümayiş edilib.

ADMİU-nun Mətbuat Xidməti


Aprel qələbəsi ən yeni tariximizin gələcək nəsillər üçün örnək olan hadisələrindəndir


Oxşar xəbərlər