Peşə Təhsil Mərkəzində dərzi ixtisası üzrə monitorinq qiymətləndirilmə aparılıb

Peşə Təhsil Mərkəzində dərzi ixtisası üzrə monitorinq qiymətləndirilmə aparılıb Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (BDPTM) dərzi ixtisası üzrə pilot qrupda monitorinq qiymətləndirilmə aparılıb.
Mərkəzdə 2018-2019-cu tədris ilində “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsi çərçivəsində dərzi ixtisası üzrə (təhsil müddəti 2 il) pilot layihə həyata keçirilir. Tələbələrin təhsilində səriştə əsaslı nəticəyönümlü kurikulumlar tətbiq edilir. Təhsil alanların bilik və bacarıqları layihə ekspertləri tərəfindən davamlı olaraq izlənilir və qiymətləndirilir.
Xatırladaq ki, 33 ayı əhatə edən layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. 2017-ci il yanvarın 9-dan başlanmış layihə bu ilin oktyabrında yekunlaşacaq.
Layihə peşə təhsili və təlimində tənzimləyici bazanın, mərkəzi və yerli səviyyələrdə sektor üzrə əlaqələndirmənin təkmilləşdirilməsini, peşə standartları ilə bağlı 10 kurikulumun işlənib hazırlanmasını və onların prioritet sahəyə tətbiqini, islahatlar üzrə monitorinqin həyata keçirilməsində Təhsil Nazirliyinə dəstək göstərilməsini hədəf götürüb.
Bütün bu işlərin əsas məqsədi məzunların işlə təmin olunması imkanlarının genişləndirilməsi və peşə təhsilinə marağın artırılmasıdır.

Tehsil-press.az

Oxşar xəbərlər