DİM-in müxtəlif nəşrlərinin regionda yerləşən məktəblərə hədiyyə olunması davam edir

DİM-in müxtəlif nəşrlərinin regionda yerləşən məktəblərə hədiyyə olunması davam edir Dövlət İmtahan Mərkəzinin (DİM) müxtəlif nəşrlərinin regionda yerləşən məktəblərə hədiyyə olunması davam edir.
Şirvan regional bölməsinin əməkdaşları tərəfindən DİM-in hədiyyə etdiyi Azərbaycan bölməsi üçün 35 adda 610 ədəd test vəsaiti Hacıqabul və Sabirabad rayonlarında məskunlaşan Cəbrayıl rayonu 7, 11, 12 və Füzuli rayonunun 31 və 32 nömrəli məcburi köçkün məktəblərində təhsil alan şagirdlərə verilib.
Bundan əlavə, regionun digər rayonları İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala və Hacıqabulun ucqar kənd məktəblərinə də hər iki bölmə üzrə 58 adda 1805 ədəd kitab və ümumilikdə 370 ədəd “Abituriyent” jurnalının xüsusi buraxılışı hədiyyə olunub.

Mətbuat Xidməti



Oxşar xəbərlər