ADPU-da “Yeni texnologiyalar və tədris prosesinin idarə olunması”Magistrantların II Respublika elmi konfransı keçirilir

ADPU-da “Yeni texnologiyalar və tədris prosesinin idarə olunması”Magistrantların II Respublika elmi konfransı keçirilir Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Yeni texnologiyalar və tədris prosesinin idarə olunması”Magistrantların II Respublika elmi konfransı öz işinə başlayıb. Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsis edilmiş “Elm günü”nə həsr olunub. Məlumat üçün bildirək ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov bu konfransla bağlı müvafiq əmr imzalayıb. Əmrdə konfransın yüksək səviyyədə keçirilməsi məqsədi ilə universitetdə 9 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Konfransda ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, ali təhsil müəssisələrinin məsul şəxsləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan rektor Cəfər Cəfərov bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında böyük keyfiyyət dəyişiklikləri baş verdi. Təhsil sahəsi də sürətli inkişaf yoluna qədəm qoydu. “Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir” deyən müasir Azərbaycanın qurucusu, umummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə təhsil sahəsinin qanunvericilik bazası təkmilləşdirildi, normativ-hüquqi sənədləri hazırlandı, maddi-texniki baza gücləndirildi, təhsilin keyfiyyəti yüksəldi. Ulu öndər Heydər Əliyev yüksəkixtisaslı pedaqoji və elmi-pedaqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi. Ulu Öndərimizin “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram” kəlamı fəaliyyətimizin leytmotivini təşkil edir.
Böyük dövlət xadimi Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elm və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərir. Ölkəmizin böyük iqtisadi potensialı elm və təhsilin inkişafında mühüm rol oynayır. Bu qayğı və diqqətdən ruhlanan ADPU elm və təhsilimizin inkişafına öz töhfələrini verir. Aparılan islahatlar, həyata keçirilən yeniliklər, layihələr ADPU-nun yeni inkişaf mərhələsinə daxil olmasına şərait yaradıb. 2021-ci ildə ADPU-nun yaradılmasının 100 ili tamam olur. Biz əldə edilmiş uğurlarla kifayətlənməməli, fəaliyyətimizi müasir dünyanın çağırışlarına uyğun qurmalıyıq. Bu baxımdan magistrantlarımızın üzərinə böyük məsuliyyət düşür. Magistrantlarımız daim öz üzərlərində çalışmalı, bilik və bacarıqlarını artırmalı, rəqəmsal bilikləri, dünyanın aparıcı xarici dillərini dərindən öyrənməli, vətənpərvər olmalıdırlar. Hazırda ADPU-da 17 ixtisas, 18 ixtisaslaşma üzrə 707 nəfər magistr təhsili alır. Bugünkü konfransda Bakı Dövlət Universitetinin, Lənkəran Dövlət Universitetinin, Odlar Yurdu Universitetinin və digər universitetlərin magistrantları iştirak edirlər. Konfransa 503 nəfər magistrant məqalə təqdim edib. Ötən illə müqayisədə bu 2 dəfə çoxdur. Rektor çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov çıxışında qeyd edib ki, müasir dünyamızda dövlətlərin gücü onların elmi səviyyəsi ilə müəyyən edilir. Dövlət başçımız İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə “Elm günü”nün təsis edilməsi elmin inkişafı üçün stimul yaradır.Son illər ADPU-da elmi-tədqiqat işlərin səviyyəsi yüksəlib, professor-müəllim heyətinin impakt-faktorlu jurnallarda dərc edilən elmi məqalələrinin sayı artıb, alimlərimiz müxtəlif respublika və beynəlxalq miqyaslı elmi toplantılarda fəal iştirak edirlər. Universitetdə elmi fəaliyyətin biznes tərəfinə ciddi diqqət yetirilir. ADPU Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 5 qrant layihəsini qazanıb. Eyni zamanda gənclərin elmi fəaliyyətə cəlb edilmələrinə xüsusi önəm verilir. Bugünkü konfrans ADPU-da magistrantların sayca 2-ci respublika elmi konfransıdır. Ötən illə müqayisədə bu konfransda həm kəmiyyət, həm də keyfiyyət baxımından dinamika müşahidə edilir. ADPU-da son 3 ildə dissertasiya işləri yüksək səviyyədə müdafiə edilir. Professor A. Zamanov çıxışında ADPU-da keçirilən elmi tədbirlər barədə də geniş məlumat verib.
Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, profesor Aydın Kazımzadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elm və texnika işləri üzrə prorektoru, dosent Rauf Əliyarov konfransın yüksək səviyyədə təşkil edilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər və konfransın işinə uğurlar arzulayıblar. Çıxışlarda qeyd edilib ki, ADPU ölkəmizin taleyində böyük rol oynayıb. Xalqın, millətin varlığı auditoriyalardan, müəllimlərdən başlayır. Bu mənada müəllim hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşür. Gənclərimiz ənənəvi və yeni dəyərləri dərindən mənimsəməli, yüksək səviyyəli mütəxəssis kimi yetişməlidirlər.
Magistrant Abdulxaliq Məmmədli “Məktəb idarəçiliyində sistem liderliyi” mövzusunda, magistrant Aysel Cəlallı “Riyaziyyat dərslərində əyləncəli və maraqlı çalışmalar vasitəsilə şagirdlərin idraki maraqlarının formalaşdırılması yolları” mövzusunda çıxışlar ediblər.
Sonra konfrans öz işini 4 elmi bölmədə-İnnovasiyalar və təhsilin keyfiyyəti,Təhsilin təşkili və idarə edilməsi, Təhsildə sosial-psixoloji problemlər və Tədrisin müasir problemləri bölmələrində davam etdirib. Bölmə iclaslarında məruzələr müzakirə edilib, fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.
Qeyd edək ki, 2 gün davam edəcək konfrans aprelin 19-da başa çatacaq. Konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinləniləcək, müvafiq qərarlar qəbul ediləcək.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da “Yeni texnologiyalar və tədris prosesinin idarə olunması”Magistrantların II Respublika elmi konfransı keçirilirADPU-da “Yeni texnologiyalar və tədris prosesinin idarə olunması”Magistrantların II Respublika elmi konfransı keçirilirADPU-da “Yeni texnologiyalar və tədris prosesinin idarə olunması”Magistrantların II Respublika elmi konfransı keçirilirADPU-da “Yeni texnologiyalar və tədris prosesinin idarə olunması”Magistrantların II Respublika elmi konfransı keçirilirADPU-da “Yeni texnologiyalar və tədris prosesinin idarə olunması”Magistrantların II Respublika elmi konfransı keçirilirADPU-da “Yeni texnologiyalar və tədris prosesinin idarə olunması”Magistrantların II Respublika elmi konfransı keçirilirADPU-da “Yeni texnologiyalar və tədris prosesinin idarə olunması”Magistrantların II Respublika elmi konfransı keçirilir

Oxşar xəbərlər