GƏNCLƏR AZƏRBAYCAN PROKURORLUQ ORQANININ FƏALİYYƏTİ HAQQINDA MAARİFLƏNDİRİLİB

GƏNCLƏR AZƏRBAYCAN PROKURORLUQ ORQANININ FƏALİYYƏTİ HAQQINDA MAARİFLƏNDİRİLİB Gəncə Dövlət Universitetində Azərbaycan prokurorluğunun fəaliyyətinə həsr edilmiş maarifləndirici tədbir keçirilib.
Tədbirdə prokurorluq orqanının cinayət hallarının qarşısının alınmasında, eləcə də dövlətdə və cəmiyyətdə milli təhlükəsizlik sisteminin qorunmasındakı fəaliyyətindən danışılıb.
Bildirilib ki, milli prokurorluq orqanları 100 illik tarixi ərzində çətin və mürəkkəb, eyni zamanda şərəfli bir inkişaf yolu keçərək, bugünkü şəkildə formalaşıb.
Qeyd edilib ki, Azərbaycanın prokurorluq orqanı fəaliyyət göstərdiyi bütün dövrlərdə millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq edib, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə işində öz xidmətlərini göstərib.

GDU-nun Mətbuat Xidməti


GƏNCLƏR AZƏRBAYCAN PROKURORLUQ ORQANININ FƏALİYYƏTİ HAQQINDA MAARİFLƏNDİRİLİBGƏNCLƏR AZƏRBAYCAN PROKURORLUQ ORQANININ FƏALİYYƏTİ HAQQINDA MAARİFLƏNDİRİLİBGƏNCLƏR AZƏRBAYCAN PROKURORLUQ ORQANININ FƏALİYYƏTİ HAQQINDA MAARİFLƏNDİRİLİBGƏNCLƏR AZƏRBAYCAN PROKURORLUQ ORQANININ FƏALİYYƏTİ HAQQINDA MAARİFLƏNDİRİLİB


Oxşar xəbərlər