Paytaxtın üç rayonu üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək

Paytaxtın üç rayonu üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək Mayın 3-də paytaxtdakı 149 nömrəli tam orta məktəbdə (Ünvan: Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 15) Xəzər, Sabunçu və Pirallahı rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.
Səyyar qəbul saat 10:00-da başlayacaq.
Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.
Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

BŞTİ-nin Mətbuat Xidməti



Oxşar xəbərlər