Azad Rəhimov: İyulun 21-də Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı start götürəcək

Azad Rəhimov: İyulun 21-də Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı start götürəcək İyulun 21-də Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı start götürəcək.
Bunu jurnalistlərə Gənclər və İdman naziri Azad Rəhimov deyib.
Nazir qeyd edib ki, bu tədbir tək Azərbaycan üçün yox, bütün Avropa üçün vacib hadisədir:
“Burada növbəti illərdə dünya, Avropa çempionatları, Olimpiya oyunlarında iştirak edəcək gənclər sınaqdan keçirilir. Onlar bir araya yığışaraq peşəkarlıqlarını göstərəcəklər”.
A.Rəhimovun sözlərinə görə, hazırda Bakıda yerləşən 12-dən artıq idman qurğuları hazır vəziyyətdədirlər: “Atletlər kəndində idmançıların qalması üçün yataqxanalar olacaq. İstərdik ki, bu tək idman yox, Avropa gənclərinin dostluq festivalı olsun, bir-birləri ilə tanış olsunlar, mədəniyyətlərin, tarixlərini göstərə bilsinlər. Düşünürük ki, 4 mindən artıq idmançı və nümayəndə heyətlərinin qatıldığı bu tədbir yüksək səviyyədə keçiriləcək”.

Tehsil-press.az

Oxşar xəbərlər