Tələbələr Qars Qafqaz Universitetində təcrübə kursu keçiblər

Tələbələr Qars Qafqaz Universitetində təcrübə kursu keçiblər Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələri Türkiyənin Qars Qafqaz Universitetində bir həftəlik təcrübə kursu keçiblər. 3 müəllim və 11 tələbədən ibarət heyəti Türkiyənin Qars Qafqaz Universitetinin rektoru, professor Hüsnü Kapu, Baytarlıq təbabəti fakültəsinin dekanı, professor Mete Cihan qəbul edib. Sonra tələbələr klinik təcrübənin keçirilmə planına uyğun olaraq qaramal və qoyun saxlanılan binalar, sağım sexi, yem tədarükü məntəqəsi, laboratoriya heyvanları şöbəsi ilə tanış olublar.
İlk öncə klinik müayinə və laboratoriya dərslərində iştirak edən tələbələrə Cərrahiyyə kafedrasının professoru İsa Özaydın xəstə heyvanların qəbulu, qeydiyyatı, onların təsbiti, müayinə üsulları, qan və digər analizlərin götürülməsi qaydaları haqqında məlumat verdikdən sonra cərrahiyə praktikasında istifadə olunan müxtəlif növ tikiş üsulları barədə danışıb. Tələbələr cərrahların iştirakı ilə bağırsaq keçməzliyi, zədə almış heyvanın müalicəsi, ayaqlarda olan şişin kəsilməsi və həmin nahiyəyə toxuma köçürülməsi, buzovun göbək ciyəsinin kəsilməsi və qanaxmanın dayandırılması və s. əməliyyatlarda iştirak ediblər.
Yoluxmayan daxili xəstəliklər kafedrasında tələbələrə laboratoriya avadanlıqları və heyvanları ilə tanışlıq, vakuum şprislər vasitəsi ilə heyvanlardan qan alınması və sonradan onun sentrifuqada fırladılaraq fraksiyalara bölünməsi, heyvanlara müxtəlif üsullarla dəman maddələrinin yeridilməsi texnikası və s. öyrədilib.

Mətbuat Xidməti


Tələbələr Qars Qafqaz Universitetində təcrübə kursu keçiblərTələbələr Qars Qafqaz Universitetində təcrübə kursu keçiblərTələbələr Qars Qafqaz Universitetində təcrübə kursu keçiblər

Oxşar xəbərlər