UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək

UNEC-in təşkilatçılığı ilə İyunun 10-da Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək.
Dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak edəcəyi əmək yarmarkasının keçirilməsində məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətlərindən biri sayılan gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərməkdir.
“Park Inn” otelində saat 10:00-da başlayacaq əmək yarmarkasında bütün ali təhsil müəssisələrində təhsil alan, o cümlədən əlilliyi olan tələbə, magistr və məzunlar təklif olunan müxtəlif iş vakasiyası və təcrübə proqramlarına müraciət edə biləcəklər.
Əmək yarmarkasında iştirak etmək istəyənlər [email protected] ünvanına CV göndərə bilər. Məlumat üçün bildirək ki, elektron CV bazası müfaviq dövlət qurumları, təşkilat və şirkətlərə təqdim ediləcək.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər