
Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında xareoqraf Fərhad Dadaşov tərəfindən hazırlanan rəqs-tamaşa Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilib.
Rəqs-tamaşanın mövzusuna görə Naz naz özünə rəqs eləməyə dost axtararaq bütün ölkələri gəzir. Nəhayət, öz rəqs dostunu Azərbaycanda tapır.
Tədbirdə rəqs kollektivinin üzvlərinin ifasında Azərbaycan, ispan, ərəb, Meksika, hind, Çin, rus, özbək rəqsləri təqdim olunub.
Sonda tədbirdə iştirak edən rəqs qrupunun bütün üzvlərinə fəxri fərman və hədiyyələr, balaca fidanlara tədbirdə böyük dəstək olan valideynlərə təşəkkürnamələr təqdim olunub.
Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti
Mətbuat xidməti



