ADNSU-da Milli Mətbuat Günü qeyd olunub

ADNSU-da Milli Mətbuat Günü qeyd olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı 22 iyul - Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri ilə görüşüb.
Görüşdə Mustafa Babanlı Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə və mətbuata daim xüsusi önəm verdiyini vurğulayıb.
Rektor ADNSU-da elm və təhsildə həyata keçirilən tədbirlər, qazanılan nailiyyətlər barədə məlumat verib. Qeyd olunub ki, universitetdə yüksəkixtisaslı, bilik və bacarıqlı mütəxəssislər hazırlanması üçün müxtəlif layihələr reallaşdırılır.
Müasir cəmiyyətdə mətbuatın rolundan danışan professor Mustafa Babanlı ölkəmizdə onun azad, demokratik şəraitdə fəaliyyətinə geniş imkanlar yaradıldığını söyləyib. Rektor ADNSU ilə media əlaqələrinin əhəmiyyətindən bəhs edib, jurnalistlərin fəaliyyətini yüksək dəyərləndirib, Milli Mətbuat Günü münasibətilə onları təbrik edib.
AZİİ-nin (ADNSU) məzunu, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə və digər çıxış edənlər ali məktəblərimizdə, o cümlədən ADNSU-da təhsilin səviyyəsinin yüksəldilməsi üçün həyata keçirilən tədbirlər, media ilə universitetlər arasındakı əlaqələr haqqında fikirlərini bildiriblər. Eyni zamanda, təhsilimizə göstərilən diqqət və qayğıdan danışıblar.
Sonra jurnalistlərə hədiyyələr təqdim olunub.

ADNSU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər