ADNSU: doktorantlarla görüş

ADNSU: doktorantlarla görüş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı bu ali məktəbin doktorantura səviyyəsində təhsil alan tələbələri və onların dissertasiya rəhbərləri ilə görüşüb.
Görüşdə professor Mustafa Babanlı universitetdə doktorantura səviyyəsinə böyük diqqət göstərildiyini deyib. Yeni texnologiyalar və innovativ metodların tədrisdə tətbiqinin əhəmiyyətini qeyd edən rektor bu məsələdə doktorantların üzərinə məsuliyyət düşdüyünü vurğulayıb.
Professor Mustafa Babanlı dissertasiya mövzularının vaxtında hazırlanmasının, IELTS və TOEFL üzrə doktorantların nəticələrinin olmasının vacibliyi məsələlərinə toxunub, tövsiyələrini verib.
Sonra doktorantura üzrə tələbə biletləri təqdim olunub.

ADNSU-nun Mətbuat Xidməti


ADNSU: doktorantlarla görüş


Oxşar xəbərlər