Təhsildə qazanılan hər bir uğur müəllim əməyinin nəticəsidir

Təhsildə qazanılan hər bir uğur müəllim əməyinin nəticəsidir Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı əlamətdar gün münasibətilə professor və müəllimləri təbrik edib. Müəllimlik peşəsinin şərəfli və eyni zamanda, olduqca məsuliyyətli olduğunu qeyd edən rektor Prezident İlham Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışıb.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycan müəlliminin hər zaman nüfuzlu olduğunu qeyd edib. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil strategiyasının əhəmiyyətindən bəhs edən A.Mirzəzadə ölkəmizdə təhsilin inkişafına xüsusi önəm verildiyini vurğulayıb.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə məzunu olduğu ADNSU-nun professor və müəllimlərini təbrik edib. O, təhsildə qazanılan hər bir uğurun müəllim əməyinin nəticəsi olduğunu söyləyib.
Sonra 2017-2018-ci tədris ilində əmək fəaliyyətində fərqlənən və mükafata layiq görülən müəllimlərin adları açıqlanıb.

Hikmət Əliyev


Təhsildə qazanılan hər bir uğur müəllim əməyinin nəticəsidir

Oxşar xəbərlər