Vəkillərə yubiley döş nişanı veriləcək

Vəkillərə yubiley döş nişanı veriləcək Bu gün Azərbaycanda vəkilliyin 100 illik yubileyi qeyd olunur.
Hazırda Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri olan Anar Bağırov bildirib ki, XX əsrin 30-cu illərində vəkillik hüquqsuz və formal, Ədliyyə Nazirliyi tərəfindən idarə olunan və ondan asılı olan bir qurum kimi fəaliyyət göstərib: “2019-cu il boyu vəkilliyin 100 illiyinə, müstəqilliyinin 20 illiyinə, Vəkillər Kollegiyasının yaranmasının 15 illiyinə həsr olunmuş silsilə yubiley tədbirləri həyata keçirilir və bu tədbirlər ilin sonunadək davam edəcək.
Həmçinin bir sıra vəkillərimiz vəkilliyin 100 illiyinə həsr olunmuş yubiley döş nişanı ilə də təltif olunacaq. Oktyabr ayının əvvəlində isə xarici qonaqların, rəsmi şəxslərin və bir çox vəkilllərimizin iştirakı ilə vəkilliyin yubiley ilinə həsr olunmuş möhtəşəm tədbirin keçirilməsi də nəzərdə tutulub”.

Tehsil-press.az

Oxşar xəbərlər