UNEC-də dünyanın qabaqcıl ali məktəbləri ilə ortaq ixtisas proqramları həyata keçiriləcək

UNEC-də dünyanın qabaqcıl ali məktəbləri ilə ortaq ixtisas proqramları həyata keçiriləcək Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC 100” inkişaf strategiyasına uyğun olaraq dünyanın ən öndə gedən ali təhsil müəssisələri ilə ortaq ixtisas proqramları reallaşdırılacaq.
Bu məqsədlə universitetdə ixtisasların beynəlxalq akkreditasiyası həyata keçirilir.
2030-cu ildə Azərbaycan Dövlət İqtisad Universiteti 100 illik yubileyini qeyd edəcək. Bununla bağlı “UNEC-100” inkişaf strategiyası qəbul olunub. UNEC-in missiyası, gələcəyə baxışı və əsas dəyərlərinin yer aldığı strategiyada universitetin SWOT təhlili aparılıb və 2030-cu ilə qədər reallaşdırılması nəzərdə tutulan 7 strateji məqsəd və 31 strateji hədəfi müəyyən olunub. Bunların həyata keçirilməsi üçün konkret fəaliyyət istiqamətləri təsbit edilib.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər