Məktəb-lisey uğurlarını artırır

Məktəb-lisey uğurlarını artırır Bakı şəhəri 70 nömrəli məktəb-liseyin məzunlarından 96-sı nüfuzlu universitetlərə qəbul olunub
2018-2019-cu tədris ilində Bakı şəhəri 70 nömrəli məktəb-liseyi 142 şagird bitirib, onlardan 96-sı qəbul imtahanlarında yüksək ballar toplayaraq nüfuzlu universitetlərə qəbul olunub.
Bu məlumat Tehsil-press.az-a məktəb-liseydən verilib. Qeyd edilib ki, məzunların arasında xarici ölkələrin ali təhsil müəssisələrinə daxil olanlar da var. Onlardan 10 nəfəri Türkiyə universitetlərində təhsil alacaq.
Xatırladaq ki, tədris ilində liseyin məzunlarından 1 nəfər qızıl, 1 nəfər isə gümüş medalla təltif edilib.

Tehsil-press.az

Oxşar xəbərlər