IMFSA-nın toplantısında Azərbaycanla bağlı məlumatlar təqdim olunub

IMFSA-nın toplantısında Azərbaycanla bağlı məlumatlar təqdim olunub Çinin Taypey şəhərində Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının (International Federation of Medical Students’ Associations – IFMSA) 68-ci Ümumi Assambleyasının Avqust Görüşü keçirilib.
Görüşə 100-dən çox ölkədən 1000-ə qədər tibbi təhsil alan tələbə qatılıb. Tədbirdə ölkəmizi “Həkimlər və təbib tələbələr” İctimai Birliyinin nümayəndəsi Asiman Hadizadə təmsil edib.
Tədbir çərçivəsində Azərbaycan Tibb Universitetinin dəstəyi ilə keçirilən mübadilə proqramlarının təqdimatı baş tutub, 20-yə yaxın ölkə ilə yeni müqavilələr imzalanıb. Eyni zamanda, Azərbaycanın mədəniyyəti və milli mətbəxi nümayiş olunub.
Qeyd edək ki, IFMSA öz ətrafında 123 ölkədən 1.3 milyon tibb tələbəsini birləşdirir. Hər il iki dəfə - mart və avqust aylarında ümumi assambleyanın toplantısı keçirilir.

Sifai SƏFƏROVA



Oxşar xəbərlər