AzTU-nun Strateji inkişaf üzrə prorektoru, professor Elton Məmmədovun rəhbərliyi ilə təcrübə proqramında iştirak edən bir qrup tələbənin şirkətin rəhbəri Faiq Seyidovla görüşü keçirilib. Şirkət rəhbəri çıxışında tələbələrin nəzəri biliklərinin yüksək olduğunu vurğulayıb və əməkdaşlığın genişləndirilməsindən məmnun olduğunu bildirib.
Professor Elton Məmmədov tələbələrə yaradılan şəraitə görə şirkət rəhbərliyinə AzTU rəhbərliyi adından təşəkkür edib və imzalanacaq əməkdaşlıq müqaviləsinin zəruriliyindən danışıb.
Daha sonar Xaliq Faiqoğlu” şirkəti ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında yeni qaydalar əsasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Görüşdə "Xaliq Faiqoğlu" şirkətində təcrübə proqramda iştirak edən tələbələrə şirkət tərəfindən sertifikatlar təqdim edilib.
AzTU-nun Mətbuat Xidməti


