İlahiyyat İnstitutu XIII Beynəlxalq Təhsil Sərgisində ilk dəfə iştirak edəcək

İlahiyyat İnstitutu XIII Beynəlxalq Təhsil Sərgisində ilk dəfə iştirak edəcək Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) oktyabrın 10-dan 12-dək Bakı Ekspo Mərkəzində keçiriləcək XIII Beynəlxalq Təhsil Sərgisində ilk dəfə iştirak edəcək.
Sərgidə ziyarətçilərə ali məktəbdə tədris edilən ixtisaslar, ali tədris müəssisəsinin beynəlxalq əlaqələri, tələbələr üçün xaricdə təhsil imkanları, mübadilə və təqaüd proqramları, son bir il ərzində əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat veriləcək. Eyni zamanda, sərgidə Aİİ-nin fəaliyyətini əks etdirən Azərbaycan, rus, ingilis və ərəb dillərində kataloq, broşür və bukletlərin, yeni nəşrlərin nümayişi nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Təhsil Sərgisi ölkəmizdə müvafiq sahə üzrə ən mühüm tədbirlərdən biridir, həmçinin peşəkar ünsiyyət və təhsil layihələrinin həyata keçirilməsi üçün səmərəli platformadır. 2018-ci ildə təşkil edilmiş sərgidə dünyanın 12 ölkəsindən 135 şirkət iştirak edib, həmçinin 11 min 808 ziyarətçi ekspozisiya ilə tanış olub.

Aİİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər