
Sonra idarə rəisi mədəniyyət müəssisələrinin kollektivlərinə Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş və Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən I Mədəniyyət festivalında fəal iştiraklarına görə təşəkkürünü bildirib.
O, bildirib ki, bundan sonra belə festivallar mütəmadi olaraq regionumuzda keçirilməli və beynəlxalq festivallarda da təmsil olunmalıyıq. Bunun üçün bizim bazamız var və bu bazanı daha da genişləndirməliyik.
Idarə rəisi qeyd edib ki, biz fəaliyyətə başlayanda yeni kollektivlərin yaranmasını qarşımıza məqsəd qoymuşduq və biz bir neçə yeni kollektivin yaranmasına nail olduq ki, bunlardan müəllimlərindən ibarət xalq çalğı alətləri orkestrini və xor kollektivini, “Buta” qızlar ansamblını, sazçı qızlar ansamblını, kukla teatrlarını və s. misal göstərmək olar. Həmçinin musiqi məktəblərinin xalq çalğı alətlərinin ansambllarlnın fəaliyyətinə toxunan idarə rəisi onların arasından istedadlı gənclərin üzə çıxacağına çox böyük ümidlər bəslədiyini bildirib.
Artıq Sumqayıt Regional Mədəniyyət idarəsinin bazası əsasında internet televiziyanın fəaliyyətə başladığını bildiriən Mehman Şükürov istedadlı gəncləri bu televiziya vasitəsilə təbliğ olunmasının vacibliyini vurğulayıb.
Sonda I Mədəniyyət festivalında fəal iştiraklarına görə mədəniyyət müəssisələrinin kollektivləri idarənin fəxri fərmanları ilə təltif edilib.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti






