Azərbaycan Universiteti və Çexiya Universitetinin əməkdaşları birgə tədqiqat işini yekunlaşdırıb

Azərbaycan Universiteti və Çexiya Universitetinin əməkdaşları  birgə tədqiqat işini yekunlaşdırıb Azərbaycan Universitetinin beynəlmiləlləşməsi və beynəlxalq imicinin formalaşdırılması istiqamətində aparılan çoxşaxəli işlərin tərkib hissəsi olaraq dünyanın qabaqcıl universitetləri ilə elm və tədris sahəsində əlaqələr inkişafına xüsusi diqqət yetirilir, qarşılıqlı faydalı əməkdaşlıqlar qurulur. Görülən işlərin bariz nümunələrindən biri Azərbaycan Universiteti və Çexiya Respublikasının Praqa şəhərində yerləşən Hərbi Universitetin əməkdaşlarından ibarət birgə tədqiqat qrupunun yaradılmasıdır. İl yarım ərzində fəaliyyət göstərən tədqiqat qrupunun tərkibinə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru prof. Yusif Qasımov, Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva, İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Riyaziyyat və informatika fakültəsinin dosenti Bəhrəm Əzizov, Praqa Hərbi Universitetindən isə Michal Smerek, Veronika Lacinova daxildir.
Tədqiqat qrupunun ekspert sistemlərinin və qeyri səlis nəzəriyyənin logistikada yüklərin daşınması riskinin qiymətləndirilməsinə tətbiqi (Application of Decision-Making Expert Systems in Transportation) ilə bağlı apardığı araşdırmanın nəticəsi “Naše More-International Journal of Maritime & Technology” jurnalında elmi məqalə kimi çap olunub. Xorvatiyada çap olunan jurnal “Web of Science” bazasında indekslənir.
Qarşılıqlı razılaşma əsasında tədqiqatların gələcəkdə də davam və inkişaf etdirilməsi və bu qrupa digər elmi mərkəzlərin alimlərinin də cəlb olunması nəzərdə tutulur.

İctimaiyyətlə əlaqələr şöbəsi


Oxşar xəbərlər