İlahiyyat İnstitutunda tələbələr üçün esse müsabiqəsi

İlahiyyat İnstitutunda tələbələr üçün esse müsabiqəsi Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) oktyabrın 25-dən noyabrın 25-dək gənclərin vətənpərvərlik, milli mənəvi, Vətənə bağlılıq hisslərinin gücləndirilməsi məqsədilə institut tələbələri arasında “Qarabağ Azərbaycandır!” esse müsabiqəsi elan edir.
Müsabiqə “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni vandalizmi: Əsirlikdə olan dini abidələrimiz”, “Şərq memarlığının incisi – Gövhər ağa məscidi” mövzularını əhatə edəcək.
Müsabiqənin şərtlərinə əsasən, müəllif yalnız bir mövzuda, heç bir mətbuat orqanında çap edilmiş 2500 sözdən artıq olmayan esseni müsabiqəyə təqdim edə bilər. İştirak etmək istəyənlər esse, şəxsiyyət vəsiqəsinin və tələbə vəsiqəsinin surətini təqdim etməlidirlər. Qalib gələn tələbələr mükafatlandırılacaq.

Aİİ-nin Mətbuat Xidməti


Oxşar xəbərlər