Sumqayıtlı yazar Rafiq Odayla oxucuların görüşü keçirilib

Sumqayıtlı yazar Rafiq Odayla oxucuların görüşü keçirilib Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər MKS-in M.Ə.Rəsulzadə adına kitabxana filialında Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar AJB və AYB nin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, şair, publisist Rafiq Odayla oxucuların görüşü keçirilib.
Tədbiri M.Ə.Rəsulzadə adına kitabxana filialın "Dəlidağ", "Dan yeri" Ədəbi Birlikləri, "Çeşmə" Ədəbi Məclisi və Azərbaycan Aşıqlar Birliyinin Sumqayın Regional bölməsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə şairin qələm dostları– Əməkdar jurnalist Rəhman Orxan, Namiq Dəlidağlı, Firdovsi Cəfərxan, Nisə Heydərli, Sevinc Qərib, Sabir Yusifoğlu, Xatirə Fərəcli, Qənirə Mehdixanlı, Zümrüd Baloğlanova, Rahilə Veysəlli, Süleyman Sərraf, Polad Sabirli, Güloğlan Dünya, Sübhan Arifoğlu, Şərbətəli Mahmudov, Cəbrayıl Topcaqlı və digərləri Rafiq Oday yaradıcılığına münasibət bildirib və onları maraqlandıran suallara cavab alıblar.
Aşıq Cəmil Aslanoğlunun ifası, bədii qiraət ustası Gülnarə Şöhrəddinqızının səsləndirdiyi şeirlər, oxucuların təqdim etdiyi kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sonda Rafiq Oday çıxış edərək onun yaradıcılığına göstərilən diqqətə və tədbirin təşkilinə görə kitabxana kollektivinə təşəkkür edib, yeni çapdan çıxan “Qərib ruhların nəğməsi” kitabınıı oxuculara təqdim edib.

Mətbuat Xidməti


Sumqayıtlı yazar Rafiq Odayla oxucuların görüşü keçirilib

Oxşar xəbərlər