ADNSU: Hindistanın Divali milli bayramı qeyd olunub

ADNSU: Hindistanın Divali milli bayramı qeyd olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Hindistanın Divali milli bayramı qeyd olunub.
Universitetin Əcnəbi tələbələr dekanlığının təşkilatçılığı ilə hindistanlı tələbələr tərəfindən keçirilən bayram tədbirində çıxış edən tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov qədim Hindistan mədəniyyətinin gənclərə təbliğ olunmasının əhəmiyyətindən danışıb.
Tədbirin bədii hissəsində tələbələrin ifasında hind rəqsləri nümayiş olunub və hind dilində mahnılar səsləndirilib.
Daha sonra Divali milli bayramı münasibətilə tədbir iştirakçılarına Hindistan mətbəxinə aid milli şirniyyatlar təqdim olunub və bayram haqqında ətraflı məlumat verilib.

Mətbuat Xidməti

Oxşar xəbərlər