Hərbi attaşelər BDU-da olublar

Hərbi attaşelər BDU-da olublar Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Bakı Dövlət Universitetinə (BDU) tanışlıq səfəri olub.
Görüşdə beynəlxalq şöbənin müdiri Elmira İsmayılova universitetin tarixi, inkişaf mərhələləri haqqında ətraflı məlumat verib. O, həmçinin BDU-nun üzvü olduğu beynəlxalq təşkilatlar, universitetin qrant layihələri, fakültələr və tədris olunan ixtisaslar barədə danışıb.
Universitet haqqında videoçarx nümayiş etdirildikdən sonra qonaqlar Nanotexnologiyalar Mərkəzi, hüquq fakültəsinin tədris auditoriyaları və Elmi kitabxana ilə tanış olublar.
Universitetlə tanış olan hərbi attaşelər BDU haqqında yüksək təəssürat əldə etdiklərini bildiriblər.

BDU-nun Mətbuat Xidməti


Hərbi attaşelər BDU-da olublar

Oxşar xəbərlər