Hərbi Akademiyanın nümayəndələri Mərkəzi Elmi Kitabxanada olublar

Hərbi Akademiyanın nümayəndələri Mərkəzi Elmi Kitabxanada olublar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) ekskursiyada olublar.
Kitabxana ilə tanışlığa oxucuların qeydiyyatı bölməsindən başlayan hərbçilər sərgi salonunda “Azərbaycan Xalq Cumhuriyyəti-101”, “Heydər Əliyev-96”, “Zərifə Əliyeva-96”, “İsmayıl Şıxlı-100” və digər mövzularda nümayiş etdirilən kitablarla tanış olublar.
Ekskursiya iştirakçıları, həmçinin MEK-in diplomatik və nadir kitablar fondlarına, oxu zallarına baş çəkərək kitabxana haqqında ətraflı məlumat alıblar.

Tehsil-press.az

Oxşar xəbərlər