Mərmərə dənizində Türkiyənin Bursa vilayəti akvatoriyasında dəniz reysləri təxirə salınıb. Bu qərar güclü külək və leysan yağışla əlaqədar qəbul edilib. Qeyd olunur ki, 7 dəniz reysi təxirə salınıb. Xatırladaq ki, sonuncu dəfə Türkiyədə dəniz reysləri eyni səbəbdən sentyabrda təxirə salınmışdı.