BDU-da “Bir” tələbə-könüllü proqramının təqdimatı olub

BDU-da “Bir” tələbə-könüllü proqramının təqdimatı olub Bakı Dövlət Universitetində (BDU) I kurs tələbələri üçün “Bir” tələbə-könüllü proqramının təqdimat mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə universitetin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev ölkəmizin bir çox genişmiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, bu tədbirlərin keçirilməsinə gənclərin də cəlb olunduğunu deyib. Respublikamızda könüllülüyün bir hərəkata çevrildiyini, gənclər üçün daha çox imkanlar açıldığını qeyd edən prorektor tələbələri müvafiq proqrama qoşulmağa çağırıb.
Sonra layihə rəhbəri Canoğlan İlyasov “Bir” tələbə-könüllü proqramının ölkənin 7 şəhərində yerləşən 37 ali və orta ixtisas təhsili müəssisəsini əhatə etdiyini bildirib. 20 mindən çox vahid tələbə-könüllü bazasına malik proqramın gənclərə beynəlxalq idman yarışlarında və dövlət tədbirlərində yaxından iştirak etmək üçün geniş şərait yaratdığını deyib. O, proqramın könüllülük mədəniyyətinin formalaşdırılması, tələbə-könüllülərin dünyagörüşünün genişləndirilməsi, onların təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla sosial fəallığını artırmaq məqsədilə yaradıldığını qeyd edib.
Eyni zamanda, könüllü olmağın üstünlükləri diqqətə çatdırılıb.
Təqdimatdan sonra tələbələrin sualları cavablandırılıb. Tədbir maraqlı oyun və müsabiqələrlə davam edib.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər