
UNEC-in professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə Akif Musayev iqtisad elminin müasir problemləri, dəyişən makroiqtisadi göstəricilər və qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrindən danışıb. Alim vergi yükünün hesablanması və qiymətləndirilməsi, orta vergi yükünün digər makroiqtisadi göstəricilərə təsirinin qiymətləndirilməsi və bu sahədə apardığı tədqiqatlardan, əldə olunan nəticələrdən bəhs edib.
Məruzə ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
Maraqlı məruzəsinə görə Akif Musayev UNEC-in fəxri fərmanı ilə təltif edilib.
UNEC-in Mətbuat Xidməti