UNEC-in kollektivi məktəblilərə kitab hədiyyə edib

UNEC-in kollektivi məktəblilərə kitab hədiyyə edib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) distant, qiyabi və əlavə təhsil mərkəzinin (DQƏTM) nümayəndələri Beynəlxalq Uşaq Kitabı Gününü məktəblilərlə qeyd ediblər.
Bu ali məktəbin nəzdində fəaliyyət göstərən H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar elmlər liseyinin məktəblilərinə 100-dən çox uşaq ədəbiyyatı nümunəsi hədiyyə olunub.
Mərkəzin direktoru Səbuhi Tanrıverdiyev Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə şagirdləri təbrik edib, onlara mütaliənin əhəmiyyətindən danışıb, bu alışqanlığa orta məktəb dövründən başlamağın vacibliyini vurğulayıb. Bildirib ki, mütaliə bacarığı onların daha savadlı və bilikli olmaları ilə yanaşı, qavrama, düşüncə və yaradıcılıq qabiliyyətlərini, o cümlədən həyat təcrübələrini də artırır.
UNEC-in kollektivinə təşəkkürünü bildirən liseyin direktoru Bəkir Mustafayev belə tədbirlərin şagirdlərdə kitaba marağı daha da artırdığını və onlarda stimul yaratdığını diqqətə çatdırıb.
Görüş müzakirələrlə davam edib. Şagirdlər oxuduqları bədii ədəbiyyat nümunələri haqqında təəssüratlarını bölüşüblər.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər