UNEC “GreenMetric Ranking” metodologiyasını tətbiq edən universitetlər arasında 432-ci yerdə qərarlaşıb

UNEC “GreenMetric Ranking” metodologiyasını tətbiq edən universitetlər arasında 432-ci yerdə qərarlaşıb Bu il “GreenMetric Ranking” metodologiyasını tətbiq edən dünya universitetləri arasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 432-ci yerdə qərarlaşıb. Bu göstərici üzrə UNEC Azərbaycan universitetləri arasında birinci, Türkiyə universitetləri arasında 17-ci yerdədir.
“GreenMetric Ranking” metodologiyası dünyanın bir çox qabaqcıl universitetlərində müvəffəqiyyətlə tətbiq olunmaqdadır.
Reytinqin məqsədi akademik ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməkdir. Reytinqdə universitet kampuslarının təbii mühitə münasibəti, enerjidən istifadə və onun iqlimə təsiri, kampus ərazisində kağızlardan istifadənin azaldılması siyasəti, su resurslarından rasional qaydada istifadə olunması, ali məktəb ərazisində nəqliyyatdan (ictimai, şəxsi avtomobillər və ya velosiped) istifadə, ekoloji problemlər üzrə tədris kurslarının təşkili, ekoloji problemlərin öyrənilməsi istiqamətində tədqiqatçılıq fondlarının olması, ekoloji problemlərə dair dərc edilmiş elmi məqalələrin sayı və s. əsas götürülür.
Beynəlxalq “GreenMetric Ranking” metodologiyasının UNEC-də tətbiq edilməsi barədə tədbirlər planı hazırlanıb.

Tehsil-press.az

Oxşar xəbərlər