Beynəlxalq konfransın iştirakçıları Ədəbiyyat Muzeyinin ekspozisiyası ilə tanış olublar

Beynəlxalq konfransın iştirakçıları Ədəbiyyat Muzeyinin ekspozisiyası ilə tanış olublar Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Bakıda keçirilən “Ey Nəsimi, cahanı tutdu sözün...” II beynəlxalq elmi konfransın iştirakçıları AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar.
Tanınmış türkiyəli hürufişünas, professor Fatih Usluer, Özbəkistan Elmər Akademiyasının Ədəbiyyat, Dil və Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Erqaş Oçilov və Tacikistan Dövlət Dillər İnstitutunun dosenti, Ruxşona Vasiyeva muzeyin direktoru, akademik Rafael Hüseynovla görüşüblər.
Görüşdə qonaqlara bu mədəniyyət ocağının yaranma tarixi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Daha sonra gələcək əməkdaşlıq əlaqələrinin qurulması, müştərək layihələrin icra olunması istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Sonda qonaqlar muzeyin zəngin ekspozisiyası ilə tanış olublar.

Tehsil-press.az



Oxşar xəbərlər