AzTU-da ilk dəfə tələbə-rektor seçildi

AzTU-da ilk dəfə tələbə-rektor seçildi Noyabrın 27-dən universitetin ayrı-ayrı fakültələrində start götürən seçkidə tələbələr açıq səsvermə yolu ilə, bərabər və demokratik əsaslarla öz seçimlərini ediblər.
AzTU-nun 7 fakültəsindən seçilən hər bir namizəd universitetin əməkdaşlarından ibarət Seçki komissiyasının üzvləri qarşısında platformalarını təqdim ediblər.
Çıxışlardan sonra tələbə-rektor namizədlər arasında gizli səsvermə keçirilib. Qaydalara əsasən hər bir namizəd şəxsən özünə və özü ilə yanaşı digər 1 nəfər namizədə səs verə bilər.
Səsvermənin nəticəsinə görə, AzTU-nun ilk tələbə-rektor seçkisinin qalibi “İnformasiya və kommunikasiya texnologiyaları” fakültəsinin II kurs tələbəsi Əli Abdullazadə olub.
Seçkidən sonra AzTU-nun rektoru Vilayət Vəliyev tələbə-rektor Əli Abdullazadəni qəbul edib, ona yeni fəaliyyətində uğurlar arzulayıb.
Bir il müddətinə seçilən tələbə-rektor, ona verilən səlahiyyətlər daxilində AzTU-da təhsil alan tələbələrin maraqlarını təmsil edəcək.
Əli Abdullazadə 2001-ci il iyunun 15-də Bakıda anadan olub. Yasamal rayonu 52 nömrəli məktəbin məzunudur.
Əli Abdullazadə Karatenin Kempo növü üzrə Avropa və dünya çempionudur.

AzTU-nun Mətbuat Xidməti


AzTU-da ilk dəfə tələbə-rektor seçildiAzTU-da ilk dəfə tələbə-rektor seçildiAzTU-da ilk dəfə tələbə-rektor seçildiAzTU-da ilk dəfə tələbə-rektor seçildi

Oxşar xəbərlər