AzTU tələbələrinin Kanadaya təcrübəyə göndərilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

AzTU tələbələrinin Kanadaya təcrübəyə göndərilməsi ilə bağlı fikir mübadiləsi aparılıb Diasporla İş üzrə Dövlət Komitəsinin “Yeni beyinqazanma” üzrə proqramı çərçivəsində Kanadada yaşayan soydaşlarımız Turqut Cabbarlı və Nərgiz Məmmədova Azərbaycan Texniki Universitetində (AzTU) rektor Vilayət Vəliyevlə görüşüblər.
Rektor rəhbərlik etdiyi ali təhsil ocağı haqqında qonaqlara məlumat verib.
Görüşdə AzTU ilə Kanada universitetləri arasında müxtəlif sahələr, o cümlədən süni intellekt üzrə tələbə, müəllim və tədqiqatçıların mübadiləsi müzakirə edilib. Həmçinin Kanada universitetlərində AzTU haqqında informativ xarakterli tədbirlərin təşkili, tələbələrin yay tətilində Kanadaya təcrübəyə göndərilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. AzTU-nun Kanada universitetlərinin tədqiqat layihələrinə cəlb edilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, süni intellekt sahəsinin mütəxəssisləri Turqut Cabbarlı və Nərgiz Məmmədova bu sahə üzrə şirkət rəhbərləridir və Kanadanın bir sıra universitetləri ilə əməkdaşlıq edirlər.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər