Azərbaycanda pirotexniki vasitələr 8 nəfəri xəstəxanalıq etdi
Səhiyyə Nazirliyi bayram günü partlayıcı oyuncaqlardan xəsarət alanlarla bağlı məlumat yayıb. 31 dekabr-1 yanvar tarixlərində 13 nəfər pirotexniki vasitələrdən xəsarət alaraq Təcili Tibbi Yardıma müraciət edib. Onlardan 8 nəfər xəstəxanalara yerləşdirilib, 4 nəfərə yerində yardım göstərilib, 1 nəfərə məsləhət verilib.