Nazir Azərbaycan Universitetinin rektorunu təltif etdi

Nazir Azərbaycan Universitetinin rektorunu təltif etdi Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanı yubiley medalı ilə təltif edib.
Nazir Səadət Əliyevanın “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi barədə əmr imzalayıb.
Qeyd edək ki, yubiley medalı Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli Qanunu ilə təsdiq edilib. Yubiley medalı ilə elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş şəxslər təltif edilirlər.

Nazir Azərbaycan Universitetinin rektorunu təltif etdi

Tehsil-press.az

Oxşar xəbərlər