Beynəlxalq Vışeqrad Fondu təqaüdlü təhsilə qəbul elan edib

Beynəlxalq Vışeqrad Fondu təqaüdlü təhsilə qəbul elan edib Beynəlxalq Vışeqrad Fondu universitet tələbələri və məzunları üçün təqaüd proqramına start verib.
Təqaüd proqramı çərçivəsində müraciət edənlər V4 ölkələri (Polşa, Çexiya, Macarıstan, Slovakiya) daxil olmaqla, Azərbaycan, Albaniya, Ermənistan, Belarus, Bosniya və Herseqovina və digər ölkələrdə Fondun nəzdində akkreditə olunmuş ali təhsil müəssisələrində təhsil almaq və ya tədqiqat aparmaq üçün vəsait əldə edə biləcəklər.
Təhsil müddəti 4 semestrə qədər olmaqla hər semestr üçün 2500 avro təşkil edir. Martın 15-dək sənəd qəbulu aparılır.
Vişeqrad Fondunun təqaüdləri tələbələr, magistrantlar və elmi tədqiqat aparmaq istəyən hər kəs üçün bütün dillərdə təhsil imkanı verir. Təqaüdü qazananlar Mərkəzi və Şərqi Avropanın, habelə Azərbaycanın 190-dan çox universitetində birillik təhsil ala bilir.

Tehsil-press.az

Oxşar xəbərlər