
326 nömrəli tam orta məktəbdə təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlanacaq. BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən müəllim və valideynlərin müraciətləri dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.
Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.
Tehsil-press.az