Xəzər Universiteti İtaliyanın Gənclər Assosiasiyası ilə tərəfdaşlığa başlayıb

Xəzər Universiteti İtaliyanın Gənclər Assosiasiyası ilə tərəfdaşlığa başlayıb Xəzər Universiteti “Giovani nel Mondo” İtaliya Gənclər Assosiasiyası ilə tərəfdaşlığa başlayıb.
Tərəfdaşlığın məqsədi birgə fəaliyyətin təşkili, yaxın gələcəkdə tərəflər arasında layihə, konfrans, seminar və müzakirələrin keçirilməsində tələbələrin iştirakını təmin etməkdən ibarətdir.
Razılaşmaya əsasən Xəzər Universitetinin tələbələrindən ibarət nümayəndə heyəti martın 7-dən 10-dək Romada keçiriləcək “Beynəlxalq Karyera Festivalı-2020”də iştirak edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər