ADA Məktəbi işə qəbul elan edir

ADA Məktəbi işə qəbul elan edir ADA Məktəbi işə qəbul elan edir. Vakansiyalar ingilis dili, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, dünya tarixi, Azərbaycan tarixi, kompüter elmləri, ünsiyyət, rus dili, alman dili müəllimliyi üzrə elan olunub.
Məktəbdə tədris ingilis dilində aparıldığı üçün mükəmməl ingilis dili bilikləri, qeyd olunan ixtisaslar üzrə bakalavr dərəcəsi və ya magistr dərəcəsi tələb olunur.
Beş ilə qədər müəllimlik təcrübəsi, kurs və proqram dizaynında təcrübəsi, hər hansı beynəlxalq təcrübəsi olan namizədlərə üstünlük verilir.
Maraqlanan namizədlər CV-lərin mövzu hissəsində iş yerini göstərərək aprelin 1-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Təyinatlar 2020-ci ilin iyul ayında başlanacaq.

Tehsil-press.az

Oxşar xəbərlər