İsveçdə reanimasiya qalmaqalı

İsveçdə reanimasiya qalmaqalı İsveçdə bir xəstəxananın yaşı 80-dən çox olan koronavirus xəstələrinin reanimasiyaya alınmaması ilə bağlı verdiyi təlimat qalmaqala səbəb olub.
Sözügedən təlimat İsveçin tədqiqatları ilə tanınan Karolinska Universitetinin Xəstəxanası tərəfindən verilib. Bu qərar İsveç cəmiyyəti tərəfindən sərt reaksiyalara səbəb olub və ciddi etirazlarla qarşılanıb.
Xəstəxanadan edilən açıqlamada isə xəstənin sağalma ehtimalı yüksək olmadığı təqdirdə reanimasiya müalicəsinin tətbiq edilə bilməyəcəyi bildirilib. Lakin bu açıqlamadan sonra da xəstəxananın ünvanına səsləndirilən sərt tənqidlər səngiməyib.
Qeyd edək ki, İsveçdə 9,685 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb, 870 nəfər xəstəlik səbəbindən həyatını itirib.

Tehsil-press.az




Oxşar xəbərlər