Coğrafiya İnstitutunda distant dərslər aparılır

Coğrafiya İnstitutunda distant dərslər aparılır AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant tədrisin təşkil edilməsi haqqında” sərəncamına uyğun olaraq təsdiqlənmiş dərs cədvəlinə əsasən akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun I və II kurs magistrantları üçün təşkil olunmuş distant dərslər uğurla davam edir.
İnstitutda 3 ixtisas üzrə 5 magistr təhsil alır: onlardan üçü 1-ci kursda, ikisi 2-ci kursdadır. Mühazirələrin elektron mətnləri e-mail və ya vatsap vasitəsilə təhsil alanlara çatdırılır.
Distant dərslər institut rəhbərliyi və Təhsil şöbəsinin nəzarəti altında həyata keçirilir. Dərslərin gedişatı haqqında AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil idarəsinə mütəmadi olaraq məlumat verilir.

Tehsil-press.az

Oxşar xəbərlər